Loading...
× Xəbərdarlıq! Elan yerləşdirmək üçün qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmisinizsə DAXİL OLUN. Keçməmisinizsə qeydiyyatdan keçin.

Tez-tez verilən suallar

Ana səhifə / FAQ
Image

Portalın məqsədi nədir

Develop.az Azərbaycanda təlimçilərlə təlim axtaranların birlikdə istifadə edə biləcəyi lider bir internet portalıdır. Portal əsasən aşağıdakı 3 istiqamətdə öz prioritetlərini təyin etmişdir:

  1. Bütün sektor və istiqamətlər üçün təlim təklif edən həm fərdi təlimçilərin və eləcə də təlim mərkəzlərinin ümumi bir məlumat bazasını yaratmaq;
  2. Təlim axtaran şəxslərin eyni bir bazaya müraciət edərək özləri üçün istədikləri mövzuda, uyğun məkanda, münasib qiymətə, arzuladıqları təlimçinin təlimini cəmi bir "click"lə tapmaq. Vaxt itkisinə yol vermədən sürətli axtarış sistemindən istifadə;
  3. Ən son elan edilmiş təlimlər haqqında qaynar məlumatları bir səhifədən əldə edə bilmək imkanı;

Qeydiyyat tamamilə pulsuzdur. Sadəcə tələb olunan məlumatları daxil edərək saytımızda təlimçi və ya təlim mərkəzi profili yarada bilərsiniz.

Elan yerləşdirmək üçün qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat bölməsi altında "Təlimçi" və ya "Təlim mərkəzi" bölmələrindən özünüzə uyğun olanını seçərək qeydiyyatdan keçirsiniz. Daha sonra "Elan yerləşdir" düyməsini sıxaraq elanınızı yerləşdirə bilərsiniz. Qeyd edək ki, elan yerləşdirilməsi də pulsuzdur.

Məlumatlarınızı dəyişmək üçün saytımızdakı şəxsi kabinetinizə daxil olmalısınız. "Daxil ol" düyməsini sıxaraq "Log in" səhifəsinə gedirsiniz, istifadəçi adınız və parolunuzu daxil edirsiniz (Əgər parolu unutmusunuzsa "Log in" səhifəsində "Parolu unutmusunuz?" keçidindən istifadə edərək parolunuzu dəyişə bilərsiniz). Açılan şəxsi səhifənizdə "Məlumatları dəyiş" düyməsini sıxaraq məlumatlarınızı dəyişə bilərsiniz.

Niyə Develop.az?

“Müasir dövrdə hər kəs ona lazım olan təlimi ilk öncə internetdə axtarır. İnternetdə axtararkən isə sosial şəbəkələr kimi həddən artıq müxtəlif nəticələr çıxacaq saytda yox, məhz Develop.az kimi təlim portalında axtarmağa üstünlük verirlər”

Image

Nahid Mirzəyev

Saytın təsisçisi

“Develop.az saytında hesab yaratmaq həm tamamilə pulsuz, həm də çox rahat olduğuna görə siz cəmi bir neçə dəqiqə vaxt sərf etməklə yüzlərlə təlim axtaran şəxsin seçimləri sırasında yer almış olursunuz. Bununla heç nə itirmisiniz, əksinə, qazanmış olacaqsınız ”

Image

Nahid Mirzəyev

Saytın təsisçisi