DEVELOP.az

İSTİFADƏ QAYDALARI

İstifadə qaydaları ilə tanış olun

Bu istifadə qaydaları saytın bütün fəaliyyət sahələrini əhatə edir. İstifadəçi tərəfindən sayta daxil edilən bütün məlumatların qorunması və istifadəsi bu İstifadə Qaydaları vasitəsi ilə tənzimlənir. İstifadəçi tərəfindən sayta daxil edilmiş məlumatların necə toplanması, qorunması və istifadəsi barədə ətraflı məlumat əldə etmək üçün xahiş olunur İstifadə Qaydaları ilə tanış olasınız.

Develop.az saytında qeydiyyatdan keçən təlimçilərin öz hesablarında və yerləşdirdikləri elanlarda qeyd etdiklərə məlumatlara görə sayt heç bir məsuliyyət daşımır. Təlimçilər avtomatlaşdırılmış formada şəxsi və elan məlumatlarını dəyişmək imkanına malik olduqları üçün yerləşdirdikləri məlumatlara görə məsuliyyəti birbaşa özləri daşıyırlar.

Sayta daxil olan şəxslərdən hansı şəxsi məlumatlar toplanılır?

Saytda qeydiyyatdan keçərkən ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və s. kimi şəxsi məlumatlar sizdən tələb edilə bilər.

Biz məlumatları nə zaman toplayırıq?

Məlumatlar siz saytda qeydiyyatdan keçərkən və ya hər hansı məlumatı daxil edərkən toplanılır.

Biz məlumatları necə istifadə edirik?

Bu məlumatlar saytda sizin profiliniz axtarılarkən axtarış aparan şəxslərə göstərilə bilər.

Məlumatlarınızı necə qoruyuruq?

Bizim saytımız müntəzəm olaraq Antivirus və AntiSpam proqramlar tərəfindən mümkün təhlükələrə qarşı, eləcə də İnformasiya Təhlükəsizliyi mütəxəssisləri tərəfindən yarana biləcək boşluqlara qarşı yoxlanılır və sizin saytdan istifadənizin mümkün qədər təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni edirik

Bütün ödənişlər e-commerse xidməti tərəfindən həyata keçirilir və daxil etdiyiniz heç bir gizli məlumat/kart məlumatları bizim serverlərdə saxlanılmır və ya emal edilmir.

Biz 'cookies' istifadə edirikmi?

Biz izləmə məqsədli heç bir 'cookies' istifadə etmirik. Saytımızdan istifadə edərkən bütün 'cookies'-ləri tamamilə bağlaya bilərsiniz. Bunun üçün istifadə etdiyiniz brauzerin istifadə qaydası ilə tanış olun.

Üçüncü tərəflə münasibətlər

Biz istifadəçiyə əvvəlcədən xəbərdarlıq etmədən istifadəçinin şəxsi məlumatlarını heç bir üçüncü tərəfə satmır, dəyişmir və ya vermirik. Buraya saytın normal fəaliyyət göstərməsi üçün əməkdaşlıq etdiyi hostinq tərəfdaşları və digər tərəfdaşlar aid deyil ki, onlar da bu məlumatların məxfi saxlanılmasına razılıq verib.

Bununla yanaşı şəxsi hesab olunmayan məlumatlar marektinq, reklam və s. xarakterli məqsədlər üçün üçüncü tərəflə paylaşıla bilər.

Üçüncü tərəf keçidləri

Bəzən saytımızda müxtəlif məhsullar və xidmətlər göstərən üçüncü tərəf saytların keçidləri yerləşdirilə bilər. Bu saytların ayrıca İstifadə Qaydaları mövcuddur. Ona görə də bu saytların tərkibi və fəaliyyəti ilə bağlı heç bir məsuliyyət daşımırıq. Bununla yanaşı saytımızın bütövlüyünü və etibarlılığını qorumaq məqsədi ilə bu saytlarla bağlı bütün müştəri fikirləri bizim üçün əhəmiyyətlidir.

Google

Google-un reklam tələbləri Google Reklam Prinsipləri tərəfindən tənzimlənir.

Biz saytımızı Google AdSense üçün açmamışıq amma gələcəkdə açılması istisna deyil.

Bizimlə əlaqə

Əgər bu İstifadə Qaydaları ilə bağlı hər hansı sualınız olarsa aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

develop.az
Bakı, AZ1000
Azərbaycan
support@develop.az
+994553190991

Son dəyişiklik: 2017-06-05